Az.shafaqna.com “Anadolu”-ya istinadən xəbər verir ki, İsrail işğalı altındakı İordan çayının Qərb sahilində yəhudi mühacir avtomobilini fələstinlinin üzərinə sürərək onu qətlə yetirib.

Yəhudi mühacir avtomobili ilə Tubas şəhərində fələstinlilərdən ibarət dəstəni vurub. Nəticədə bir fələstinli həyatını itirib, digərləri isə yaralanıb.

İnsident və xəsarət alanların sayı barədə ətraflı məlumat verilməyib.

Yerli KİV-lərin məlumatına görə, dünyasını dəyişən 50 yaşlı fələstinli Bilal Bavatinedir.

Fələstin tərəfi baş verən hadisə ilə bağlı hələ bəyanatla çıxış etməyib.

Əvvəlki məqaləTbilisidəki Eliava bazarında yanğın – VİDEO
Növbəti məqalədəAyətullah Sistaninin dəftərxanası: Bazar günü Rəcəb ayının biridir