Az.shafaqna.com-un verdiyi xəbərə görə, bu ilin yanvar-aprel aylarında Sudan ərazisində pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirilən hücumlar nəticəsində azı 880 mülki şəxs həlak olub.
Bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Ofisinin yaydığı bəyanatda bildirilib.
Sudan üzrə fəaliyyət göstərən monitorinq qrupunun hesabatına görə, PUA zərbələri nəticəsində ölənlərin sayı münaqişə ilə əlaqəli ümumi mülki itkilərin 80 faizindən çoxunu təşkil edib.
BMT-nin İnsan Hüquqları üzrə Ali komissarı Folker Türk bildirib ki, zərbə dronları mülki əhali arasında ölüm hallarının əsas səbəbinə çevrilib. Onun sözlərinə görə, pilotsuz vasitələrdən istifadənin artması əvvəllər döyüşlərin zəiflədiyi yağış mövsümündə belə, silahlı qarşıdurmaların yüksək intensivliklə davam etməsinə imkan yaradır.
