Latviyanın müdafiə naziri Andris Spruds vəzifəsindən istefa verib.
Az.shafaqna.com xəbər verir ki, buna səbəb Ukrayna Silahlı Qüvvələrinə aid pilotsuz uçuş aparatları ilə bağlı yaranmış insident olub.
Spruds bildirib ki, Latviya ordusunun siyasi kampaniyalara cəlb edilməsinin qarşısını almaq üçün belə qərar qəbul edib.
Xatırladaq ki, üç gün əvvəl Latviyanın şərqində yerləşən Rezekne şəhəri ərazisinə Ukraynaya aid iki pilotsuz uçuş aparatı düşmüşdü. Nəticədə boş neft çənlərinə zərər dəyib. Ölkənin HHM-ləri həmin PUA-lara qarşı heç bir tədbir görməyib.
Bu məqaləni paylaş
