BMT Baş katibi Kubaya qarşı sanksiyaları pislədi

Az.shafaqna.com xəbər verir ki, Kubaya qarşı tətbiq olunan sanksiyalar beynəlxalq hüquqa ziddir və mövcud böhranın həlli üçün tərəflər arasında dialoq aparılmalıdır.

Bu barədə BMT Baş katibi Antonio Quterreş bildirib.

Nayrobidə keçirilən mətbuat konfransında çıxış edən Quterreş qeyd edib ki, BMT Baş Assambleyası hər il Kubaya qarşı sanksiyaları beynəlxalq hüququn pozulması kimi qiymətləndirən qətnamə qəbul edir. O, Kubadakı humanitar vəziyyətin ciddi narahatlıq doğurduğunu vurğulayıb.

Quterreşin sözlərinə görə, Kuba məsələsinin hərbi həlli yoxdur və ölkə əhalisinin daha çox əziyyət çəkməsinin qarşısını almaq üçün siyasi dialoq əsas çıxış yolu hesab olunur.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş