Belarus ordusunun mümkün hücum ssenarilərinə hazırlıq səviyyəsi yoxlanılmalıdır.
Az.shafaqna.com xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.
Hərbçilərlə keçirilən görüşdə çıxış edən Lukaşenko müasir müharibələrin xarakterinin dəyişdiyini qeyd edib. Onun fikrincə, yalnız hava zərbələri və raket hücumları ilə qələbə qazanmaq mümkün deyil.
Belarus lideri ABŞ və İsrailin İrana qarşı başlatdığı son müharibəni nümunə göstərərək deyib ki, bombardmanlar və raket hücumlarla nəticə əldə edilməyib. Onun sözlərinə görə, müharibələr zamanı nəticə üçün quru əməliyyatı keçirilməlidir. O vurğulayıb ki, hərbi uğur üçün quru qoşunlarının iştirakı vacibdir.
Bu məqaləni paylaş
