Həftəsonu paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 qumbara, 4 tüfəng, 1 patron darağı və 36 ədəd patron aşkar edilərək götürülüb.
Bu barədə “Az.shafaqna.com”a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Əlavə edilib ki, qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Bu məqaləni paylaş
