Az.shafaqna.com xəbər verir ki, İranda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) və İsrailin kəşfiyyat xidməti olan Mossad ilə əməkdaşlıq edən şəxs edam edilib.
İrfan Şekurzadə adlı şəxs düşmən kəşfiyyat xidmətləri ilə əməkdaşlıq etməkdə təqsirli bilinib və onun barəsində çıxarılan ölüm hökmü icra olunub.
İş materiallarında qeyd olunub ki, Şekurzadə texniki biliklərinə görə ölkədə peyk sahəsində fəaliyyət göstərən elmi qurumlardan birinə layihə çərçivəsində casusluğa cəlb edilib. O, həmin müəssisədə işlədiyi dövrdə CIA və xüsusilə Mossad ilə əlaqə yaradıb.
Bu məqaləni paylaş
