Xaricdə yaşayan ermənilər bu şərtlə seçkilərdə iştirak edə biləcək

Xaricdə daimi yaşayan Ermənistan vətəndaşları parlament seçkilərində yalnız Ermənistana gəlməklə səs verə bilər.

Az.shafaqna.com xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası məlumat verib.

2012-ci ildə Seçki Məcəlləsinə edilən dəyişiklikdən sonra xaricdə yaşayan erməni vətəndaşları artıq səfirlik və konsulluqlarda yaradılan seçki məntəqələrində səsvermədə iştirak edə bilmirlər. Onlar seçki hüququndan yalnız Ermənistan ərazisində istifadə edə bilərlər.

Bununla yanaşı, diplomatlar, xaricdə xidmət keçən və ya təhsil alan hərbçilər, həmçinin onların ailə üzvləri üçün istisna tətbiq olunur. Bu şəxslər elektron qaydada səs verə bilirlər.

MSK bildirib ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək. Seçkilərdə 17 siyasi partiya və iki partiya bloku mübarizə aparacaq.

Bu məqaləni paylaş