İrana qarşı müharibə ABŞ-a neçəyə başa gəlir?

ABŞ-ın İrana qarşı müharibədəki xərcləri artmağa davam edir.

Az.shafaqna.com xəbər verir ki, Vaşinqtonun 28 fevralda başlayan müharibənin ilk altı günündə 11,3 milyard dollar xərcləyib.

Pentaqonun (ABŞ Müharibə Nazirliyi) məruzəsi əsasında aparılana hesablamaya görə, Ağ Ev bu müharibəyə hər gün 1 milyard dollar sərf edir.

İndiyədək bu müharibə ABŞ-a ən azı 77 milyard dollara başa gəlib.

Şəxsi heyət və regiona göndərilən hərbi gəmilərin saxlanılması və digər xərclər bu hesablamalar zamanı nəzərə alınır.

Bu məqaləni paylaş