Pakistanda polislərə qarşı terror hücumu həyata keçirilib.
Az.shafaqna.com xəbər verir ki, hadisə ölkəni şimal-qərbində Xayber-Paxtunxva əyalətində baş verib.
Belə ki, əvvəlcə, polis postunun yanında içərisində bomba ilə dolu avtomobil partladılıb, artınca isə atışma başlayıb.
Nəticədə 14 polis əməkdaşı həyatını itirib, 3 polis isə yaralanıb.
Terrorçular hücum zamanı PUA-lardan da istifadə ediblər.
Bu məqaləni paylaş
