Emin Əmrullayev: Bu ildən Azərbaycanda distant təhsil modeli üzərində işlər aparılır

Az.shafaqna.com-un verdiyi xəbərə görə, Bu ildən Azərbaycanda distant təhsil modeli üzərində işlər aparılır.

Məlumata əsasən, bunu Azərbaycanın Elm və təhsil naziri Emin Əmrullayev Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı Fəxri xiyabanı ziyarəti zamanı jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, 6 kiçik məktəbdə şagirdlər yerlərini dəyişmədən mərkəzdən qoşulan bir müəllim tərəfindən onlayn təhsil alırlar.

“Bu halda şagird həmin kənddə qalır, müəllim isə digər məktəbdən dərsə qoşulur. Bu kimi ciddi dəyişikliklər üçün təbii ki, zaman lazımdır. Hazırda ilkin mərhələdə olsaq da, prosesin müsbət addımlarla irəlilədiyini deyə bilərik. Yay aylarında şagird sayı yenidən hesablanacaq və bu istiqamətdə işlər davam etdiriləcək”, – nazir qeyd edib.

Bu məqaləni paylaş