Gürcüstan rəhbərliyi 9 May Qələbə gününü birlikdə qeyd etdilər – FOTO

Az.shafaqna.com xəbər verir ki, 9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə Gürcüstan rəhbərliyi Meliton Kantaria-nın büstünü birlikdə ziyarət ediblər.

Bu barədə Kobaxidze də paylaşım edib.

O bu haqda yazıb:

“Hər kəsi 9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə təbrik edirəm, xüsusilə veteranlarımızı təbrik edirəm. Yüz minlərlə gürcü cəbhədə döyüşüb və hər bir qəhrəmanın xatirəsini ehtiramla yad etmək bizim borcumuzdur.

Faşizm üzərində qələbənin 81-ci ildönümü ilə əlaqədar Veteranların Mədəniyyət və İstirahət Parkında İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad etdim.

Prezident Mixail Kavelaşvili, parlamentin sədri Şalva Papuashvili, Tbilisi meri Kaxa Kaladze, hökumət və parlament üzvləri ilə birlikdə Meliton Kantaria-nın büstünü gül dəstələri ilə bəzədik.

Faşizmə qarşı mübarizədə 300 min gürcü həlak olub, yüz minlərlə gürcü isə cəbhədə döyüşüb. Fədakarlığın və Vətən uğrunda canından keçməyin simvolu olan hər bir qəhrəmanın xatirəsini ehtiramla yad etmək bizim borcumuzdur. Hər kəsi təbrik edir, bütün veteranlara və qəhrəmanlara xidmətlərinə görə təşəkkür edirəm.”

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş