Prezident və xanımı Faşizmlə mübarizədə həlak olan Azərbaycan övladlarının xatirəsini yad ediblər

Az.shafaqna.com-un verdiyi xəbərə görə, mayın 9-da faşizm üzərində tarixi Qələbədən 81 il ötür.

Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti, İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun məzarını ziyarət ediblər.

Dövlət başçısı və birinci xanım Həzi Aslanovun abidəsinin önünə gül dəstələri qoyub, müharibədə həlak olan bütün Azərbaycan övladlarının xatirəsinə ehtiramlarını bildiriblər.

Bu məqaləni paylaş