Azərbaycanda daha bir sıra avtobus marşrutu müsabiqəyə çıxarılır

Az.shafaqna.com-un verdiyi xəbərə görə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bir sıra şəhərlərarası, şəhərətrafı və rayondaxili avtobus marşrutlarını müsabiqəyə çıxarıb.

Məlumata əsasən, müsabiqəyə 214 və 214A nömrəli şəhərətrafı, Bakı, Gəncə, Yardımlı, Qəbələ, Mingəçevir, Zaqatala və digər istiqamətlər üzrə marşrutlar daxildir.

Sənədlər 6 iyun 2026-cı il saat 17:00-dək qəbul ediləcək. Təkliflər üzrə baxış iyunun 16, 19, 23 və 30-da keçiriləcək.

Bildirilib ki, müsabiqə qanunvericiliyə uyğun təşkil olunur və məqsəd sərnişindaşıma xidmətlərinin keyfiyyətini, təhlükəsizliyini və rahatlığını artırmaqdır.

Bu məqaləni paylaş