“İran əsla təzyiq qarşısında baş əymir!”

“Hər dəfə diplomatik həll yolu gündəmə gələndə, ABŞ düşüncəsiz bir şəkildə hərbi avantüraya üstünlük verir”.

Az.shafaqna.com xəbər verir ki, bu barədə İran xarici işlər naziri Seyid Abbas Ərakçi ABŞ-ın dünənki təxribatını şərh edərkən bəyan edib.

“Bu kobud təzyiq taktikasıdır? Yoxsa yenə də hansısa təxribatçının ABŞ prezidentini yeni bir bataqlığa sürükləməsinin nəticəsidir?”, – deyə o qeyd edib.

“Səbəb nə olursa-olsun, nəticə eynidir: iranlılar heç vaxt təzyiq qarşısında baş əymir, diplomatiya isə həmişə qurban olur”, – deyə o əlavə edib.

“Həmçinin MKİ də yanılır. Bizim raket ehtiyatımız və buraxılış qurğularımızın gücü 28 fevral ilə müqayisədə 75% səviyyəsində deyil. Doğru rəqəm 120%-dir. Xalqımızı müdafiə etməyə hazırlığımıza gəlincə isə: 1 000%”, – deyə Ərakçi vurğulayıb.

Bu məqaləni paylaş