İsrail əsgərləri İrana casusluq edib – QALMAQAL

İrana məlumat ötürən İsrail əsgərləri tutulub.

Az.shafaqna.com xəbər verir ki, saxlanılanlardan 3-ü əsgər, 1-i isə sıravi şəxsdir.

İddia olunur ki, həmin şəxslər hələ illər öncə – hərbi xidmətdən öncə gənc yaşlarında ikən İran tərəfi ilə əlaqə qurub və qarşı tərəfə casusluq ediblər.

Qeyd edilib ki, həmin əsgərlər İsrail Hərbi Hava Qüvvələrində xidmət ediblər və onlar həmin HHQ-yə məxsus obyekt və ətrafın şəkillərini çəkib İrana göndəriblər.

Onlar həmçinin dəmirolu stansiyalarının, ticarət mərkəzlərinin və təhlükəsizlik kameralarının məlumatlarını da qarşı tərəfə təqdim ediblər.

Bu məqaləni paylaş