Gürcüstanda yeni universitet qurulur

Gürcüstan hökumətinin qərarı ilə yeni ali təhsil müəssisəsi – Gürcüstan Diplomatiya Akademiyası təsis edilir.

Az.shafaqna.com xəbər verir ki, akademiya Xarici İşlər Nazirliyinin tabeliyində fəaliyyət göstərəcək və gələcək diplomatların hazırlanmasına xidmət edəcək.

Qeyd edilib ki, mövcud universitetlərin müvafiq fakültələri diplomatlar üçün lazım olan bilik və bacarıqları tam təmin edə bilmir, buna görə də yeni akademiyanın yaradılması zəruri olub.

Akademiya akkreditasiyadan keçdikdən sonra gələn ildən fəaliyyətə başlayacaq. Məqsəd Gürcüstanın diplomatik xidməti üçün yüksək ixtisaslı kadrlar hazırlamaq və ölkənin xarici siyasət mövqelərini daha da gücləndirməkdir.

Bu məqaləni paylaş