İsrail ordusu Livanda günahsız insanları bombardman edərək qətlə yetirməyə davam edir.
Az.shafaqna.com xəbər verir ki, Livanın Səhiyyə Nazirliyi əhali arasındakı qurbanlar barəsində məlumat yayıb.
Qeyd edilib ki, İsrail 2 mart tarixindən bəri 2 727 dinc livanlını qətlə yetirib, 8 438 nəfəri isə yaralayıb.
Ötən gün ərzində isə 15 nəfəri öldürüb, 85 nəfərə isə xəsarətlər yetirib.
Xatırladaq ki, İsrail 8 aprel tarixində 1 gün ərzində 357 günahsız Livan sakinini qətlə yetirib, 1 223-nü isə yaralayıb.
Bu məqaləni paylaş
