Ağdam və Xocavənd şəhərlərinə növbəti köç

İşğaldan azad olunmuş ərazilərə – Qarabağa mərhələli qayıdış prosesi davam etdirilir.

Az.shafaqna.com xəbər verir ki, Ağdam və Xocavənd şəhərlərinə növbəti köç karvanları yola salınıb.

Ağdam və Xocavənd şəhərlərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Ağdam şəhərinə 41 ailə – 156 nəfər, Xocavənd şəhərinə isə 57 ailə – 206 nəfər köçürülür.

Bu məqaləni paylaş