Ermənistanda 7 iyuna təyin olunan parlament seçkiləri ilə bağlı seçkiqabağı təşviqat mərhələsi mayın 8-dən rəsmi şəkildə start götürür.
Az.shafaqna.com xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası məlumat verib.
Bildirilib ki, seçkilərdə iştirak etmək üçün ümumilikdə 19 siyasi qüvvə qeydiyyata alınıb. Onların arasında 17 partiya və 2 siyasi blok yer alır.
Qanunvericiliyə əsasən, təşviqat kampaniyası iyunun 5-dək davam edəcək.
Bu məqaləni paylaş
