Bu ölkədə vulkan püskürməsi nəticəsində 20 turist itkin düşüb

Az.shafaqna.com-un verdiyi xəbərə görə, İndoneziya hökuməti Halmahera adasında Dukono vulkanın püskürməsindən sonra 20 turistin axtarışını aparır.

Bu barədə “Reuters” agentliyinə yerli xilasetmə xidmətinin nümayəndəsi bildirib.

Məlumata görə, turistlərdən 9-u Sinqapur vətəndaşıdır, digərləri isə indoneziyalılardır.

Bu gün Şimali Maluku əyalətində yerləşən Dukono vulkanının püskürməsi baş verib. Püskürmə nəticəsində vulkan külü 10 km (6,21 mil) hündürlüyə qədər qalxıb.

Bu məqaləni paylaş