Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, Qazaxıstanın Planlaşdırma və İslahatlar Agentliyinin Milli Statistika Bürosu ölkə əhalisinin sayı barədə məlumat təqdim edib.
Bildirilir ki, Qazaxıstan əhalisinin sayı 2021-ci il 1 yanvar üçün 18 milyon 887,1 min nəfər təşkil edib.
Şəhər əhalisi 11 milyon 149,7 min nəfər (59,1%), kənd əhalisi isə 7 milyon 727,4 milyon nəfərdir (40,9%).
1 yanvar 2020-ci illə müqayisədə ölkə əhalisi 245 min nəfər və ya 1,3% artıb.
Ən çox əhali artımı ölkənin 3 regionunda müşahidə edilir: Almata (60,2 min nəfər), Nur-Sultan (48,5 min nəfər) və Şımkənt (38 min nəfər).
Bu məqaləni paylaş