Xoş ətirli bərk sabunlar İslamın Qızıl dövründə Yaxın Şərqdə istehsal olunurdu və həmin dövrdə sabun istehsalı artıq formalaşmış sənaye sahəsinə çevrilmişdi.
Az.shafaqna.com Sabun hazırlanması reseptləri Məhəmməd ibn Zəkəriyyə əl-Razi tərəfindən təsvir edilib. O, həmçinin zeytun yağından qliserin əldə etməyin üsulunu da ixtira edib təqdim etmişdi.
Müsəlmanlar sabunu yağlı maddələrin və piylərin qələvi ilə reaksiyası nəticəsində hazırlayırdı.
Suriyada isə sabun istehsalında zeytun yağı ilə yanaşı qələvi və əhəngdən istifadə olunurdu. Burada hazırlanan sabunlar müsəlman dünyasının digər bölgələrinə və Avropaya ixrac edilirdi.
Bu məqaləni paylaş
