İsrail əsgərləri yenidən xristianları təhqir etdi

İsrail ordusu Livanın xristianların yaşadığı Debel kəndində Müqəddəs Məryəm Ananın heykəlinin təhqir olunması ilə bağlı yenidən qalmaqalın mərkəzinə düşüb.

Az.shafaqna.com xəbər verir ki, İsrail əsgəri siqaret yandıraraq siqareti həmin heykəlin ağız tərəfinə yaxınlaşdırıb. Həmin görüntülər internetdə yayılıb.

Oxşar hadisələrin — ibadət edənlərə hücumların, dini məbədlərin hədəfə alınmasının və digər dinlərə aid müqəddəs simvolların təhqir edilməsinin israillilər tərəfindən mütəmadi baş verdiyi qeyd olunur.

Debel kəndində əsasən maronit xristianlar yaşayır. Kənd İsrail sərhədindən cəmi bir neçə kilometr məsafədə yerləşir. Ötən ay da İsrail əsgərləri xristianları təhqir edərək Həzrəti İsa (ə) heykəlinə vandalizm hücumü ediblər.

Qeyd edək ki, İsrail ordusu Qəzza sektorunda təxminən 1000 məscidi dağıdıb. Bundan başqa onlar müsəlman ibadətgahlarına və məzarlıqlarına qarşı da təhqiramiz hərəkətlərə yol verblər.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş