Balakən kanat yolu: Tikinti başladı

Balakən şəhərində yerləşən kanat yolunun inşası istiqamətində işlərə başlanılıb.

Az.shafaqna.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, artıq mövcud kanat yolunun söküntüsü həyata keçirilir. İlkin mərhələdə kanat xəttinin troslarının, aşağı və yuxarı terminalların bütün texnoloji və elektrik avadanlıqları demontaj edilib. Hazırda terminal binalarının sökülməsi həyata keçirilir.

Layihələndirməyə əsasən, Balakən kanat yolunun uzunluğu 850 metr, hündürlüyü 53 metr olacaq. Kanat yolu ilə hərəkət müddəti təxminən 4 dəqiqə təşkil edəcək. 6 kabin vasitəsilə saatda 330 sərnişinin daşınması mümkün olacaq.

Bu məqaləni paylaş