
Az.shafaqna.com-un verdiyi xəbərə görə, bəzi xəbər saytlarında Bakı şəhərində qardaşı oğlunu qətlə yetirməkdə təqsirləndirilən Babək İbadovun cinayət işi üzrə dövlət ittihamını müdafiə edən prokurorun məhkəmədəki çıxışı ilə bağlı həqiqəti əks etdirməyən məlumatlar yayılıb.
Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, yayılan məlumatlarda guya dövlət ittihamını müdafiə edən prokuror tərəfindən təqsirləndirilən şəxsə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi istənilib.






























