
Rusiyada daha əvvəl Şimali Qafqaz Federal Dairəsində prezidentin səlahiyyətli nümayəndəsi olmuş Məhəmməd Ramazanov Dağıstan hökumətinin sədrinin müvəqqəti əvəzi vəzifəsinə gətirilib.
Az.shafaqna.com xəbər verir ki, Dağıstanın müvəqqəti rəhbəri Fyodor Şukin regional hökumətin istefası ilə bağlı fərman imzalayıb və sənəd dərhal qüvvəyə minib.
Yeni hökumət formalaşana qədər isə mövcud Nazirlər Kabinetinə fəaliyyətini əvvəlki qaydada davam etdirmək tapşırılıb.





























