
Az.shafaqna.com xəbər verir ki, ABŞ-da son bir həftə ərzində benzinin bir qallonu orta hesabla 0,31 dollar bahalaşaraq 4,48 dollar olub.
Bu qiymət mayın 6-na olan vəziyyəti əks etdirir.
ABŞ Avtomobil Assosiasiyasının məlumatına görə, İrana qarşı müharibənin başlamasından bəri yanacaq qiymətləri 50% artıb.
Qeyd edək ki, ABŞ və İsrailin İrana qarşı müharibəsi nəticəsində yaranan qlobal enerji böhranı Hörmüz boğazının bağlanmasına və neftin kəskin bahalaşmasına səbəb olub.






























