Az.shafaqna.com xəbər verir ki, may ayında beynəlxalq aviaşirkətlər dünya üzrə təxminən 13 min reysi ləğv edib və bu da qlobal hava nəqliyyatı tutumunun təxminən 2% azalmasına gətirib çıxarıb.

Bildirilir ki, Yaxın Şərqdəki gərginlik fonunda aviasiya yanacağının qiymətinin kəskin bahalaşması səbəbindən bu ay təxminən 2 milyon daha az sərnişinə xidmət göstəriləcək.

Uçuşların ən çox azaldığı şəhərlər arasında İstanbul və Münix yer alır. “Lufthansa” şirkətinin törəməsi olan “CityLine” isə 20 min qısaməsafəli reysi ləğv etdiyini açıqlayıb.

ABŞ və İsrailin İrana müharibəsindən və Hörmüz boğazı ətrafında yaranan vəziyyətdən sonra aviasiya yanacağının qiyməti iki dəfədən çox artıb.

Bundan əvvəl Beynəlxalq Enerji Agentliyi Avropada aviasiya yanacağı ehtiyatlarının yalnız mayın sonuna qədər kifayət edəcəyini bildirmişdi.