Az.shafaqna.com , xəbər verir ki, Ermənistan parlamentinin sədri Alen Simonyan yenə bildirib ki, əgər rəsmi dəvət alsa, Azərbaycana səfər etməyə razıdır.

Simonyan jurnalistlərə açıqlamasında deyib: “Əgər dəvət olunacağamsa, fürsət düşəndə Azərbaycana getməyə hazıram”.

Simonyan həmçinin bildirib ki, “Azərbaycanlı həmkarımı (Milli Məclisin sədri Sahibə Qafarovanı) Yeravana səfərə dəvət edirəm”.

Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan da Bakıya gəlmək istədiyini bildirib.