
Türkiyənin keçmiş xarici işlər naziri, hazırda isə deputat olan Mövlud Çavuşoğlunun qardaşı Aydın Çavuşoğlu silahlı hücuma məruz qalıb.
Az.shafaqna.com xəbər verir ki, biznesmen A.Çavuşoğlu öz ofisində güllələnib.
O, yaralı halda xəstəxanaya çatdırılıb, hazırda reanimasiyadadır.
Hadisə ilə araşdırma başladılıb.






























