Mayın 5-də paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 avtomat silahı, 3 pulemyot, 1 tapança, 14 qumbara, 1 mərmi, 6 tüfəng, 13 patron darağı və 310 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Az.shafaqna.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.