İsrailin maliyyə naziri Betsalel Smotriç minlərlə digər yəhudi ilə birlikdə işğal altındakı Fələstinin Əl-Xəlil (Hebron) şəhərində yerləşən “İbrahim məscidi”nin ərazisində rəqs edib.

Az.shafaqna.com xəbər verir ki, Smotriç və onun “Dini Sionizm” hərəkatının minlərlə tərəfdarı yəhudilərin dini bayramını İbrahim məscidinin qarşısındakı meydanda qeyd ediblər.

Bu əsnada ərazi İsrail silahlı qüvvələri tərəfindən əhatələnib.

Xatırladaq ki, 1994-cü il 25 fevrala – mübarək Ramazan ayında Barux Qoldşteyn adlı şəxs İbrahim məscidinə silahlı hücum edərək müsəlmanlara qarşı kütləvi qətliam törədib. Məsciddə ibadət üçün toplanmış 30-dan çox müsəlman qətlə yetirilib, 150-dən çox müsəlman isə yaralanıb.