Az.shafaqna.com “mehrnews”ə istinadən xəbər verir ki, ABŞ-ın iranlılara aid mülki yük qayıqlarına hücumları nəticəsində 5 nəfər dinc sakin həyatını itirib.

ABŞ-ın hədəf aldığı 6 sürətli qayıq, ABŞ-ın iddia etdiyi kimi, İslam İnqilabı Keşikçiləri Korpusuna (Sepah) məxsus deyil, həmin qayıqlar adi mülki yük qayıqlarıdır və mülki şəxslərə məxsusdur.

Həmin qayıqlar Bəndər-Abbas–Umman dəniz xəttində ABŞ hücumuna məruz qalıb.