Ermənistan və Fransa ilə strateji tərəfdaş oldu

Ermənistan və Fransa ikitərəfli əlaqələrini strateji tərəfdaşlıq səviyyəsinə qaldırıblar.

Az.shafaqna.com xəbər verir ki, bu barədə Ermənistanın Fransadakı səfiri Arman Xaçatryan məlumat verib.

O qeyd edib ki, bu gün Ermənistan-Fransa strateji tərəfdaşlığı haqqında birgə bəyannamə imzalanıb.

Onun sözlərinə görə, bu tarixi sənəd iki ölkə arasında əməkdaşlığın yeni mərhələsinə yol açır.

Bəyannamə İrəvanda Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən imzalanıb.

Ermənistan mətbuatının yaydığı məlumata əsasən, tərəflər bir neçə vacib saziş imzalayıblar. Bunlara süni intellekt, kibertəhlükəsizlik və yarımkeçiricilər sahəsində əməkdaşlıq; hərbi texnologiyaların inkişafı, müdafiə sistemlərinin tədqiqi və hərbi geyimlərin tədarükü barədə razılaşmalar daxildir.

Bundan əlavə, nəqliyyat helikopterlərinin alınması, Ermənistan aviaşirkətinə iki ədəd A321-200NX tipli təyyarənin satışı və ölkənin cənubunda Bərgüşad tunelinin tikintisi ilə bağlı da razılıq əldə olunub. Həmçinin, kredit, iqtisadi və mədəni əməkdaşlığa dair bir sıra digər sənədlər imzalanıb.

Bu məqaləni paylaş