Braziliyada təyyarə qəzası baş verib.
Az.shafaqna.com xəbər verir ki, hadisə Belo-Orizonti şəhərində qeydə alınıb.
Uçuş zamanı kiçik sərnişin təyyarəsində texniki problemlər yaşanıb və pilot məsələ ilə bağlı öncədən dispetçerə məlumat verib.
Nəticədə təyyarə yaşaşın evinə çırpılıb. Təyyarədə ümumi 5 nəfər olub – 1 pilot və 1 sərnişin həyatını itirib, 3 sərnişin isə yaralanıb.
Bina boş olduğu üçün, sakinlər arasında xəsarət alan yoxdur.
İnsidentin səbəbləri araşdırılır.
Bu məqaləni paylaş
