Az.shafaqna.com xəbər verir ki, dünyada ilk doldurma (lələk) qələmi müsəlman alim icad edib.

X əsrdə yaşamış əl-Təmimi adlı müsəlman hüquqşünasın qeydlərinə əsasən, ilk doldurma qələm Misirdəki Fatimilər dövlətinin xəlifəsinin istəyi əsasında hazırlanıb.

Bildirilir ki, xilafət başçısına yazı yazdıqdan sonra əldə və paltarda mürəkkəb iz və ləkəsi buraxmayan yazı aləti lazım idi.

Buna görə də, məhz onun bu xüsusi sorğusu əsasında, daxilində mürəkkəb rezervuarı olan qələm ixtira edilib. Həmin qələm vertikal vəziyyətdə əldə tutulduqda cazibə qüvvəsinin təsiri ilə işləyir – yazır və onda axma baş vermir.