Azərbaycanlı ekspertlər Ermənistana səfər ediblər.
Az.shafaqna.com xəbər verir ki, onlar paytaxt Yerevan şəhərində keçirilən “Yerevan dialoqu -2026” adlı beynəlxalq konfransda iştirak edirlər.
Tədbirdə Azərbaycanı üç ekspert təmsil edir – Fərhad Məmmədov, Rusif Hüseynov və Zaur Şiriyev.
Həmin ekspertlər “Sülh körpüsü” təşəbbüsünün iştirakçılarıdır. Bu platforma vətəndaş cəmiyyətinin təmsilçiləri arasında qarşılıqlı əlaqə məqsədi daşıyır.
Bu məqaləni paylaş
