Dünya əmtəə bazarlarında qızılın qiyməti yüksəlib.

Az.shafaqna.com xəbər verir ki, COMEX birjasında iyun ayı üzrə qızıl fyuçersləri 0,33% və ya 15 dollar artaraq 4 548,30 dollara çatıb. Spot bazarda da artım qeydə alınıb – qızıl 0,36% (16,23 dollar) bahalaşaraq 4 538,14 dollara yüksəlib.

Platin də bahalaşıb və 1,41% (27,39 dollar) artaraq 1 974,11 dollara çatıb.

Gümüş isə əks istiqamətdə hərəkət edib – iyun fyuçersləri 0,19% və ya 0,14 dollar azalaraq 73,39 dollara düşüb.

Mütəxəssislər qızıl və platinin bahalaşmasını risklər fonunda investorların daha təhlükəsiz aktivlərə yönəlməsi ilə izah edir, gümüşdəki ucuzlaşmanı isə texniki düzəliş kimi qiymətləndirirlər.