Gürcüstanda aparılan son reydlər nəticəsində 101 xarici vətəndaş ölkədən çıxarılıb.

Az.shafaqna.com xəbər verir ki, Bu barədə Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti məlumat yayıb.

Bildirilib ki, əməliyyatlar müxtəlif qurumlarla birgə koordinasiyalı şəkildə həyata keçirilib. Nəticədə Türkmənistan, Hindistan, İraq, Azərbaycan, Rusiya, Özbəkistan, Nigeriya, Banqladeş, İordaniya, Keniya, Sudan, Belarus, Uqanda, Nepal, Pakistan, Filippin, Qırğızıstan, Zimbabve, Livan və digər ölkələrdən olan şəxslər deportasiya olunub.

Qeyd olunub ki, ilin ilk dörd ayı ərzində ölkədən çıxarılan qanunsuz miqrantların sayı artıq ötən ilin ümumi göstəricisinə yaxınlaşıb. Xatırladılıb ki, 2025-ci ildə gücləndirilmiş nəzarət tədbirləri nəticəsində ümumilikdə 1311 əcnəbi Gürcüstandan deportasiya edilib.

Qanunvericiliyə əsasən, deportasiya edilən şəxslərin müəyyən müddət ərzində ölkəyə yenidən daxil olmasına qadağa qoyulur.