
İran Silahlı Qüvvələri Hörmüz boğazında yeni nəzarət zonasını açıqlayıb.
Az.shafaqna.com “mehrnews”ə istinadən xəbər verir ki, İran qlobal neft daşımalarının ən vacib keçid nöqtələrindən biri olan Hörmüz boğazında yeni “nəzarət zonası”nı elan edib.
Bu yeni tənzimləmə Birləşmiş Ərəb Əmirliklərinin sahil sərhədlərini və strateji limanlarını da əhatə edən geniş təsir sahəsini hədəfləyir.
İslam Respublikası tərəfindən elan edilən və bölgədə dəniz hərəkəti üzərində tam nəzarət qurmağı məqsəd qoyan bu yeni “nəzarət zonası” aşağıdakı koordinatları əhatə edir:
Şərq–Cənub xətti: İranda yerləşən Mübarək dağının cənubundan başlayaraq BƏƏ-nin əsas neft terminallarından biri olan Füceyrə şəhərinin cənubuna qədər uzanır.
Qərb–Şimal xətti: İranın Keşm adasının qərbindən başlayaraq BƏƏ-də yerləşən Ümmül-Qayveyn bölgəsinə qədər çatır.
































