Az.shafaqna.com-un verdiyi xəbərə görə, “Google” və “ChatGPT”nin Azərbaycan üzrə bazar payı məlum olub.

KİV-lərin xəbərinə əsasən, bu ilin aprel ayında “Google”un Azərbaycandakı bazar payı 99.68 faiz təşkil edib.

Məlumata görə, bu göstərici aylıq ifadədə 0.09 faiz bəndi artıb.

Bu ilin mart ayında “Google”un Azərbaycan üzrə bazar payı 99.59 faiz idi.

Hesabat dövründə “ChatGPT”nin Azərbaycan üzrə bazar payı isə 0.32 faiz təşkil edib ki, bu da əvvəlki aydakı göstəriciyə nisbətən 0.09 faiz bəndi azdır.

Bu ilin mart ayında “ChatGPT”nin Azərbaycan üzrə bazar payı 0.41 faiz idi.