Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüş keçirib.
Az.shafaqna.com xəbər verir ki, görüş zamanı tərəflər nəqliyyat, enerji, gömrük və rəqəmsal sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.
Yılmaz qeyd edib ki, normallaşma prosesi çərçivəsində atılan qarşılıqlı addımlar artıq real nəticələr verməyə başlayıb. O, Türkiyənin Cənubi Qafqazda sabitliyə töhfə vermək niyyətində olduğunu vurğulayıb və iqtisadi əlaqələrin gücləndirilməsi, eləcə də xalqlar arasında münasibətlərin inkişafı istiqamətində siyasətin davam edəcəyini bildirib.
Qeyd olunub ki, Cevdet Yılmaz 2013-cü ildən sonra Ermənistana səfər edən ilk yüksək səviyyəli Türkiyə rəsmisidir.
Bu məqaləni paylaş
