Az.shafaqna.com xəbər verir ki, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Türkiyənin Qars və İğdır vilayətlərindən, Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı müxtəlif bölgələrindən olan, eləcə də ölkəmizdə fəaliyyət göstərən din xadimlərindən ibarət nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında səfərdədir.

Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi Hacı Faiq Nəbiyev də bu mötəbər tədbirə qatılıb. Onunla birlikdə Gürcüstandan müftilər və din xadimləri də iştirak edirlər.