ABŞ İrana qarşı cinayətlərini etiraf edir.

Az.shafaqna.com xəbər verir ki, bu barədə İslam Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi İsmayıl Bəqayi bəyan edib.

ABŞ prezidenti (Donald Tramp) İran gəmilərinin qanunsuz ələ keçirilməsini açıq şəkildə “piratlıq” kimi xarakterizə edib və “biz quldurlar kimi davranırıq” deyə açıq-aşkar öyünüb“, – deyə iranlı diplomat qeyd edib.

OXU: Tramp ABŞ-ın “quldur” olduğunu etiraf etdi

Bu, dil sürüşməsi deyil. Bu, onların beynəlxalq dəniz gəmiçiliyinə qarşı hərəkətlərinin cinayət xarakterini birbaşa və ciddi şəkildə etiraf etməsi idi“, – deyə o əlavə edib.

Bəqayi bildirib ki, “beynəlxalq ictimaiyyət, BMT-yə üzv dövlətlər və BMT Baş katibi bu cür açıq-aşkar beynəlxalq hüquq pozuntularının normallaşdırılmasını qətiyyətlə rədd etməlidir“.