İsrail Qəzzada soyqırım törətməyə davam edir

Atəşkəs rejiminə baxmayaraq, İsrail Qəzza zolağına qarşı amansız hücumlarını davam etdirir.

Az.shafaqna.com xəbər verir ki, Qəzza sektorunun Səhiyyə Nazirliyinin 2023-cü ilin oktyabrından bəri davam edən soyqırımla bağlı yenilənmiş dəhşətli statistikanı açıqlayıb.

Bildirilib ki, 2023-cü ilin oktyabrından indiyədək Qəzza zolağına edilən hücumlar nəticəsində İsrail tərəfindən qətlə yetirilən günahsız fələstinlilərin sayı 72 610 nəfərə, yaralananların sayı isə 172 448 nəfərə çatıb.

Qeyd olunub ki, 10 oktyabr 2025-ci ildən – atəşkəsin qüvvəyə mindiyi tarixdən bəri isə İsrailin hücumları nəticəsində 830 dinc qəzzalı həyatını itirib, 2 345 nəfər yaralanıb, dağıntılar altından isə 767 nəfərin cəsədi çıxarılıb.

Həmçinin 10 minə yaxın dinc Qəzza sakini də itkin düşüb.

İsrailin qətlə yetirdiyi dinc fələstinlilərin böyük əksəriyyətini uşaqlar və qadınlar təşkil edir.

Bu məqaləni paylaş