ABŞ administrasiyası avtomobil yanacağının qiymətlərinin artımına təsir etmək “rıçaqlarını” itirib.

Az.shafaqna.com xəbər verir ki, “The Washington Post”un istinad etdiyi analitik məlumatlara və sorğulara görə, qlobal neft bazarındakı vəziyyət və Hörmüz boğazında gəmiçiliyə qoyulan məhdudiyyətlər ABŞ-ın çətin seçim qarşısında qoyub. ABŞ-da benzinin bir qallon üçün orta qiyməti təkcə son həftədə 30 sentdən çox artaraq 4,39 dollara çatıb.

Qiymətlərin rekord səviyyədə bahalaşması artıq amerikalı istehlakçıların davranışını ciddi şəkildə dəyişib. “Washington Post”, ABC News və Ipsos-un birgə sorğusuna əsasən, vətəndaşların 44%-i şəxsi avtomobildən daha az istifadə etməyə başlayıb, 42%-i gündəlik xərclərini azaldıb, 34%-i isə səfər və istirahət planlarını yenidən nəzərdən keçirib.

Bunun fonunda ABŞ bu addımları atmaq məcburiyyətində qalır – neft ehtiyatlarının açılması, ekoloji normaların müvəqqəti yumşaldılması, Rusiya neftinə tətbiq olunan bəzi sanksiyaların qismən aradan qaldırılması və yanacaq daşımalarına müəyyən güzəştlərin verilməsi yer alır. Lakin vurğulanır ki, bu kimi addımlar ciddi risklərlə müşayiət olunur. Mümkün variantlar kimi yanacağa tətbiq olunan federal verginin ləğvi və ABŞ neftinin ixracına kvotaların qoyulması nəzərdən keçirilsə də, hər iki təşəbbüs siyasi baxımdan çətinliklər yaradır və qiymətlərin azalmasına zəmanət vermir.