Almaniya müharibəyə hazırlaşır – YENİ QƏRAR

Almaniya hökuməti mülki infrastrukturun bir hissəsini hərbi ehtiyaclara uyğunlaşdırmaq üçün yenidənqurma işlərinə başlayıb.

Az.shafaqna.com xəbər verir ki, Baltik dənizi sahilində yerləşən Bremerhaven şəhərində Avropanın ən böyük avtomobil limanında 1,35 milyard avro dəyərində yenilənmə olacaq.

Dövlət tərəfindən maliyyələşdirilən bu layihə çərçivəsində limanın yükləmə imkanları gücləndiriləcək. Məqsəd isə müharibə dövründə “Leopard” tankları kimi ağır hərbi texnikaların cəbhə istiqamətlərinə rahat daşınmasıdır.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş