Az.shafaqna.com xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Siyasi İcmasının Yerevanda keçiriləcək 8-ci sammiti ərəfəsində ATƏT-in Baş katibi Ferudin Sinirlioğlunu qəbul edib.
Görüşdə Paşinyan Ermənistanla ATƏT arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb və qeyd edib ki, bu əməkdaşlıq müxtəlif sahələrdə ölkənin imkanlarının artırılmasına xidmət edən proqramlarla daha da gücləndirilə bilər.
Sinirlioğlu isə Paşinyanı sammitin keçirilməsi münasibətilə təbrik edərək bildirib ki, bu tədbir Ermənistana beynəlxalq səviyyədə böyük marağın göstəricisidir. O, həmçinin Ermənistanın sabit ölkə olduğunu və bunun hökumətin fəaliyyəti ilə bağlı olduğunu qeyd edib.
Tərəflər görüş zamanı həm ikitərəfli münasibətləri, həm də region üçün əhəmiyyətli məsələləri müzakirə ediblər. Xüsusilə, regional nəqliyyat əlaqələrinin açılması ilə bağlı layihələr diqqət mərkəzində olub.
