ABŞ-ın iki hərbçisi Mərakeşdə keçirilən hərbi təlimlər zamanı itkin düşüb.

Az.shafaqna.com xəbər verir ki, bu barədə ABŞ-ın Afrika Komandanlığı (AFRICOM) məlumat yayıb.

İtkin düşən hərbçilər ABŞ, NATO və bəzi Afrika ölkələrinin iştirakı ilə keçirilən illik “African Lion 2026” təlimlərində iştirak edirdilər.

Həmin əsgərlər şənbə günü Mərakeşin Tan-Tan şəhəri yaxınlığındakı Cap Draa Təlim Ərazisində itkin düşüblər.

ABŞ, Mərakeş və digər ölkələrin quru, hava və dəniz qüvvələrinin iştirakı ilə axtarış əməliyyatı davam edir.

ABŞ hərbçilərinin qəza nəticəsində itkin düşdükləri ehtimal edilir.